Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli dövlət xadimi, alim, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediib. Öncə Vəli Axundovun həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub. Gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirdi ki, tədbir Azərbaycan Respublikası Prezidentinin "Akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında" 15 yanvar 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunub. Vəli Axundovun Azərbaycanın ictimai-siyasi həyatında və elm sahəsində xüsusi xidmətləri olduğunu qeyd edən natiq onun həyat və fəaliyyətindən geniş danışdı. Bildirdi ki, 1959-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Vəli Axundov çox çətin bir dövrdə respublikaya rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00