51014 mənzilə texniki baxış keçirilib

2016-cı ilin may ayında "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 51014 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə" 29 aprel 2016-cı il tarixli Qərarına əsasən, mənzildə texniki baxış və profilaktik xidmət işləri bundan sonra Fövqəladə Hallar və Energetika nazirliklərinin səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00