Cahangir Hacıyevin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb. Məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, mayın 27-də Nərimanov rayon Məhkəməsində keçirilmiş iclasda həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğv edilməsi və azadlığa buraxılması istənilib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00