Bu gün paytaxtın Nərimanov rayonunda içməli su problemi olacaq
Məhdudiyyətlər gün ərzində rayonunun bir hissəsində olacaq
3 İyun 2016 11:29 SosialBu gün Bakı şəhərinin Nərimanov rayonunda içməli su təchizatında məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilən magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar gün ərzində rayonunun bir hissəsində olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00