Şərqi Avropa ölkələrindən olan nümayəndə heyəti Binəqədi rayonunda görüşlər keçirib

Avropa İttifaqı "HOME-Mənzil Sektorunda islahatlara doğru Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynada Mənzil Mülkiyyətçilərinin potensialının artırılması" layihəsi çərçivəsində "Şərqi Avropada Mənzil Təsərrüfatı" təşəbbüskarları Qeyri-Hökümət Təşkilatının təşkilatçılığı ilə Şərqi Avropa ölkələrindən olan 30-dan çox şəxsin iştirak etdiyi nümayəndə heyəti Binəqədi rayonunda səfərdə olublar. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 19, 20 və 21 saylı binaların həyətində yerləşən, Binəqədi bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzində olublar və Mərkəzdə görülən işlər barəsində qonaqlara ətraflı məlumat verilib. Mərkəzin fəaliyyət istiqamətləri, əhali ilə apardığı görüşlər və nəticələri haqqında qonaqları maraqlandıran suallar cavablandırılıb. Sonra nümayəndə heyəti Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 91 saylı ünvanda yerləşən "Binəqədi 1" MMMC-də olaraq görülən işlərlə və gələcək planlar ilə maraqlanıblar. Daha sonra qonaqlar tanışlıq məqsədilə Heydər Əliyev adına istirahət parkını gəzib, parkda yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00