Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
3 İyun 2016 11:09 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu "Sahib Əzzaman" məscidi dini icmasında "Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, dini icmanın sədri Mirseymur Əliyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icma sədri Mirseymur Əliyev layihə barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli çıxışında dindarların radikal təsirlərdən qorunmasından bəhs edib. Neftçala Rayonu İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev çıxışında layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edib.