Xoşbəxt Yusifzadə: "Bu ilin iyunun 1-dək Azərbaycandan 412 milyon ton neft daşınıb"
3 İyun 2016 10:53 SosialBu il iyunun 1-dək dünya bazarında Azərbaycanın payına düşən 220 mln. ton mənfəət nefti satılıb: Məlumata görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, mənfəət neftinin həcmi ilbəil artır: "Bu ilin 5 ayı ərzində AÇG-dən hasil edilmiş 13,5 mln. ton neftin 7,5 mln. tonu, yəni 56%-i Azərbaycanın mənfəət neftinin payına düşüb. Mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il iyunun 1-dək 412 mln. ton neft daşınıb. Bunun 304 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00