75 namizəd müvəffəqiyyət qazanıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, sayca on üçüncü müsabiqə üzrə test imtahanından uğurla keçmiş və qanunvericiliyin tələblərinə cavab verən 199 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində söhbət aparılıb. Hüquqşünas alimlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 75 nəfər müvəffəqiyyət qazanıb. Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. Qalib amizədlər iyun ayının 6-da (bazar ertəsi) saat 10.00-da Ədliyyə Akademiyasında olmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00