Deputatlarımız ATƏT-in tədbirinə qatılacaqlar

Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili Almaniyanın paytaxtı Berlinə səfər ediblər. Bu barədə MM-dən verilən məlumata görə, millət vəkilləri ATƏT-in təşkilatçılığı ilə keçiriləcək "Təhlükəsizlik sektorunda parlament nəzarəti və ATƏT-in davranış kodeksi" mövzusunda konfransda iştirak edəcəklər.

Deputatlarımız mövzu ətrafında aparılan müzakirələrə qatılacaq, təhlükəsizliyin təmin olunmasında parlamentlərin rolu barədə öz fikirlərini açıqlayacaqlar. Səfər iyunun 5-də başa çatacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00