10 000 ədəd xarici markalı siqaret aşkar edildi
2 İyun 2016 14:41 SosialXaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Kazan-Bakı reysi ilə Rusiya Federasiyasından Azərbaycana gələn avtobusa gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş 10 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00