“AtaTravel” Qubaya turlar təşkil edir

"AtaTravel" MMC 5 iyun tarixindən başlayaraq hər həftə sonu Qubaya bir günlük turlar təşkil edir. .Şirkətdən "OLAYLAR"-a bildirilib ki, bir nəfər üçün turun qiyməti 22 AZN təşkil edir. Qiymətə komfortlu nəqliyyat, səhər yeməyi, çay süfrəsi, peşəkar fotosessiya, tur rəhbər, Qeçreş meşəsi, Minarə dağı, Çənlibel gölünə və dağ şəlaləsinə ekskursiya daxildir. Həmçinin, proqrama Rixos Luna parka giriş də daxil edilib. Nəqliyyat "Excelsior Hotel Baku" otelinin qarşısından yola düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00