Azadlıq prospektinin daha bir hissəsində təmir yekunlaşdı

"Azəravtoyol" ASC tərəfindən Azadlıq prospektinin daha bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir olunmuş hissənin uzunluğu təqribən 450 metrdir və Cəfər Xəndan küçəsi ilə Məsud Davudoğlu küçəsinin ( 6 mkrn. İstiqaməti ) kəsişməsi arasında yerləşir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 10 min m2 ərazi asfaltlanıb. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi "cib"li dayanacaqlar yaradılıb. "Cib"li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Hazırda prospektin digər hissəsində, daha dəqiqi Məsud Davudoğlu və Süleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00