Komitə rəsmisi diplomatlara mühazirə oxuyub

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov, Qazaxıstanın paytaxtı Astanada gənc diplomatlara diaspor mövzusunda mühazirə oxuyub. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TÖƏŞ, Türk Şurası) üzv ölkələrin gənc diplomatları üçün təşkil edilən seminarda Ramin Məmmədov dövlətarası münasibətlərdə diasporun rolu və onun əhəmiyyəti barədə danışıb. Komitə rəsmisi həmçinin seminar iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatlandırıb, gənclərin diaspor sahəsindəki yeri və əhmiyyəti, Türk Şurasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. İnteraktiv ortamda keçən dərsdə R.Məmmədov gənc diplomatların suallarını cavablandırıb, geniş müzakirələr aparılıb. R.Məmmədovla eyni vaxtda Türk Akademiyasının aparıcı eksperti, TÖƏŞ-in Ağsaqqallar Şurasının Qazaxıstan təmsilçisi Adil Axmetov da seminar iştirakçılarına mühazirə oxuyub. Proqramın sonunda gənc diplomatlara sertifikatlar verilib. Sertifikatları Türk Şurasının sədri Ramil Həsənov iştirakçılara təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00