Fondun "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı
1 İyun 2016 18:23 Sosialİyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC -nin birgə təşkil etdikləri "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. Mükafatlandırma mərasimi "Azərsu" ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilib. Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə əsaslı yenidənqurmadan çıxmış Kompleksin fəaliyyəti, habelə Ceyranbatan su anbarından əhaliyə verilən suyun təmizlənmə prosesi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq son illər əhalinin keyfiyyətli su ilə təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, bu sahədə müasir infrastruktur və texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Q.Hüseynov 2015-ci ilin oktyabr ayında istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin texniki imkanlarına görə dünyada mövcud olan analoji nəhəng qurğularla birgə ilk dördlükdə qərarlaşdığını bildirib. "Azərsu" ASC-nin sədri Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarının, eləcə də sutəmizləyici qurğular kompleksinin Sumqayıt şəhərinin və Abşeron yarımadasının içməli su ilə təchizatında böyük paya malik olduğunu qeyd edib.
Q.Hüseynov daha sonra Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin su təsərrüfatının müasirləşdirilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrinin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən tədbiri jurnalistlərin sözügedən müəssisənin fəaliyyəti, suyun təmizlənməsi prosesi, habelə burada quraşdırılmış müasir qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. V.Səfərli iyun ayının 5-nin ölkəmizdə "Su təsərrüfatı və meliorasiya işçiləri günü" kimi qeyd olunduğunu diqqətə çatdıraraq "Azərsu" ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından qarşıdan gələn peşə bayramı münasitilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
İcraçı direktor Fondun təşkilatçılığı ilə 2016-cı il martın 31-də KİV rəhbərlərinin "Azərsu" ASC-də görüşünün keçirildiyini, aprel ayının 1-də isə "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqənin elan edildiyini diqqətə çatdırıb. V.Səfərli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.
İcraçı direktor aprelin 1-dən may ayının 20-dək keçirilən müsabiqəyə 51 fərdi jurnalist tərəfindən yazının təqdim olunduğunu bildirib: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən "Azərsu" ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib: Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 5 ədəd qaldırıldı. Eyni zamanda, nisbətən az bal toplamış 19 nəfərin 100 manat məbləğində mükafatlandırılması qərara alındı".
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Sonda qalibləri təbrik edən icraçı direktor V.Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbiri yekunlaşdıran "Azərsu" ASC-nin sədri Q.Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
|
№ |
Yerlər |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
Orta bal |
|
1. |
I yer |
Quluyeva Zülfiyyə Telman qızı |
"Mövqe.az" saytının müxbiri |
21,3 |
|
2. |
II yer |
Quliyev Mirbağır Baloğlan oğlu |
"Xalq qəzeti"nin müxbiri |
20,6 |
|
3. |
II yer |
Bağırov Rəşad Bağır oğlu |
"İki sahil" qəzetinin baş redaktor müavini |
20,6 |
|
4. |
III yer |
Cəfərova Aygün Əzizağa qızı |
"Kaspi" qəzetinin müxbiri |
20 |
|
5. |
III yer |
İsmayılov Nadir Nəbi oğlu |
"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru |
20 |
|
6. |
III yer |
Quliyev Namiq Abbasqulu oğlu |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
19,3 |
|
7. |
Həvəsləndirici |
Bağırova Nurəngiz Adil qızı |
"Respublika" qəzetinin müxbiri |
18,6 |
|
8. |
Həvəsləndirici |
Xəlilova Tamilə Xəlilovna |
"Kaspiy" qəzetinin müxbiri |
18,6 |
|
9. |
Həvəsləndirici |
Məmmədli Səxavət Musa oğlu |
"Həftə içi" qəzetinin bölgə müxbiri |
18,6 |
|
10. |
Həvəsləndirici |
Məmmədov Seymur Fərhad oğlu |
"Day.az" İnformasiya Agentliyinin baş redaktor müavini |
18,6 |
|
11. |
Həvəsləndirici |
Salahov Mətləbəli Bayraməli oğlu |
"Səs" qəzetinin müxbiri |
18 |
|
12. |
Həvəsləndirici |
Əliyev Vüqar Mükafat oğlu |
"Mədəniyyət" qəzetinin redaktoru |
18 |
|
13. |
Həvəsləndirici |
Hüseynzadə Fuad Abı oğlu |
"Palitra" qəzetinin müxbiri |
18 |
|
14. |
Həvəsləndirici |
Əhmədov Anar Məsub oğlu |
"Olimpiya dünyası" qəzetinin şöbə müdiri |
18 |
|
15. |
Həvəsləndirici |
Bayramov Mübariz Ramiz oğlu |
"Mövqe" qəzetinin müxbiri |
18 |
|
16. |
Həvəsləndirici |
Şahverdiyev Cavid Nadir oğlu |
" Xalq Cəbhəsi " qəzetinin müxbiri |
17,6 |
|
17. |
Həvəsləndirici |
Nəsirov Rauf Yədulla oğlu |
"Bakinskiy raboçi" qəzetinin şöbə müdiri |
17,6 |
|
18. |
Həvəsləndirici |
Məmmədov Namiq Məmməd oğlu |
"Ekspress" qəzetinin müxbiri |
17,6 |
|
19. |
Həvəsləndirici |
İsmayılbəyli Süleyman Nəbi oğlu |
"Olaylar" qəzetinin müxbiri |
17,3 |
|
20. |
Həvəsləndirici |
Nəsibova Xanım Hopal qızı |
"Kür" qəzetinin müxbiri |
17,3 |
|
21. |
Həvəsləndirici |
Xankişiyeva İlhamə Əbülfət qızı |
"Teleqraf.com" saytının müxbiri |
17,3 |
|
22. |
Həsənov İsgəndər Aqil oğlu |
"525-ci qəzet"nin redaktoru |
17 |
|
|
23. |
Məmmədova Mətanət Qüdrət qızı |
"Mingəçevir" qəzetinin müxbiri |
17 |
|
|
24. |
Əliyev Seymur Telman oğlu |
"Hürriyyət" qəzetinin müxbiri |
17 |
|
|
25. |
Əyyubov Ceyhun Rasim oğlu |
"Səs İnformasiya Agentliyi"nin şöbə müdiri |
17 |
|
|
26. |
Zülfüqarova Hüsniyyə Zülfüqar qızı |
"Təhsil Problemləri" qəzetinin şöbə müdiri |
17 |
|
|
27. |
Rəhimov Təbriz Kamal oğlu |
"Həftə içi" qəzetinin redaktoru |
17 |
|
|
28. |
Əhədov Ehtibar Əliağa oğlu |
"Aşkarlıq" qəzetinin baş redaktoru |
16,6 |
|
|
29. |
Səfərova Samirə Məmmədhənifə qızı |
"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini |
16,6 |
|
|
30. |
Vəliyev Fariz Əhməd oğlu |
"Mövqe" qəzetinin şöbə müdiri |
16,6 |
|
|
31. |
Sultan Rüfət Nadir oğlu |
"Mövqe" qəzetinin müxbiri |
16,6 |
|
|
32. |
Məmmədova Aynurə Kamil qızı |
"Ekspress" qəzetinin müxbiri |
16,6 |
|
|
33. |
İbrahimov Əli Zülfüqar oğlu |
"Xalq Cəbhəsi" qəzetinin müxbiri |
16,3 |
|
|
34. |
Əliyev Məhərrəm Ağalar oğlu |
"İki Sahil" qəzetinin müxbiri |
16,3 |
|
|
35. |
Abdullayev Məsayim Hacıxan oğlu |
"Xalq qəzeti"nin müxbiri |
16,3 |
|
|
36. |
Namazov Elçin Sabir oğlu |
"İki Sahil" qəzetinin bölmə müdiri |
16,3 |
|
|
37. |
Məmmədova Xəyalə Rəis qızı |
"Kaspi" qəzetinin müxbiri |
16,3 |
|
|
38. |
Abdullayev Ayyət Əhməd oğlu |
"Şərq" qəzetinin müxbiri |
16,3 |
|
|
39. |
Həsənov Əlisəfa Aqaxan oğlu |
"Respublika" qəzetinin bölgə müxbiri |
16,3 |
|
|
40. |
İsgəndərov Araz Qurban oğlu |
"The Business Times" qəzetinin müxbiri |
16 |
|
|
41. |
Mehtiyeva Məhbubə Avtandil qızı |
"Türküstan" qəzetinin müxbiri |
15,6 |
|
|
42. |
Abdullayev Mübariz Əhməd oğlu |
"Yeni Azərbaycan" qəzetinin müxbiri |
15,6 |
|
|
43. |
Sarıyeva İradə Murad qızı |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
15,6 |
|
|
44. |
Cəlilova Günel İsa qızı |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
15 |
|
|
45. |
İsmayılova İlahə İbad qızı |
"Mingəçevir" qəzetinin müxbiri |
15 |
|
|
46. |
Vəkilova Fərqanə Allahverdi qızı |
"Bizim xəbər" saytının redaktoru |
14,6 |
|
|
47. |
Quliyeva Zəkurə Qüdrət qızı |
"Qarabağ" qəzetinin müxbiri |
14,6 |
|
|
48. |
Xudaşov Vidadi Xudayar oğlu |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
14 |
|
|
49. |
Hakıyeva Səadət Zifi qızı |
"Olimpiya dünyası" qəzetinin şöbə müdiri |
14 |
|
|
50. |
Mustafayeva Ləman Mustafa qızı |
"Lent.az" xəbər agentliyi |
13,3 |
|
|
51. |
İsrafilov Orxan Vahid oğlu |
"İki Sahil" qəzetinin bölmə müdiri |
13,3 |