Etiket izi necə təmizlənir?

Yeni aldığınız mətbəx əşyalarında qiymət və məhsul etiketləri yaxşı təmizlənmədiyi təqdirdə üzərinə toz yapışaraq kirli bir görüntü yaradır. Qabın üzərindəki etiketi təmizləmədən qabyuyan maşına atsanız, etiketlər isti suda qoparaq maşının filtrini tıxaya bilər. Həm də yapışqan maddə digər əşyalara da yapışaraq pis, ləkəli görüntü yaradır.

Aile.lent.az etiketin asan təmizlənmə yollarını təqdim edir.

Etiketin üzərinə duru yağ, ya da zeytun yağı sürtün. Yumşaldıqdan sonra etiketi çıxarın. Kağız qalıqları qaldısa, buzla donduraraq qaşıyın. Yapışqanlı qisim tam olaraq təmizlənmədisə, qabı isti su dolu kasanın içində saxlayın, qalan qismi qaşıyaraq çıxarın. Bu üsulla etiket izlərindən tamamilə qurtula bilərsiniz.

İkinci bir üsul isə etiketli bölgəni kolonyalı pambıqla təmizləməkdir, ancaq bu üsul rəngli və əldə hazırlanan əşyalara zərər verəcəyindən ən yaxşısı birinci üsuldan yararlanın. Kolonya ancaq şüşə əşyalar üzərində təsirlidir.


Mebel üzərindəki etiketləri təmizləmək


Təmizləməyə başlamadan əvvəl etiketin olduğu yeri saç quruducu alətlə isidin. Buxarlı ütünün də  buxarını verərək mebelə yapışdırmadan edə bilərsiniz. Etiketin isidilməsi tez təmizlənməsinə yardım edəcək. Daha sonra etiketi dırnaqlarınız, ya da kəsici olmayan bir cisimlə qaza bilərsiniz. Son olaraq isə isti suya batırılmış parça ilə qalıqları təmizləyin.

Başqa bir üsul isə standart ağ bir silgi ilə etiket çıxana kimi təmizləyin.

Ağ əşya etiketlərini təmizləmək

Ağ əşya aldığınızda gözləmədən etiketini çıxarsanız, daha tez təmizlənəcək. Ancaq çox vaxt bir müddət elə istifadə etdikdən sonra etiketlərini çıxarmaq yadımıza düşür. 
Soyuducu, ya da paltaryuyan maşının üzərindəki etiketi çox saxlasanız, sonra çıxarmaq çətinləşir. Etiketi çıxardığımızda altında kağız, ya da yapışqanlı bir şey qalır. Bunun üzərinə toz, kir yapışdığında isə pis görüntü yaranır.

Ağ əşya etiketini təmizləmək üçün etiketin üstünü sulu parça ilə isladın. Saç quruducu alət, ya da ütü buxarı tutaraq yumşaldın. Yumşalan qisimləri boyaya zərər vermədən təmizləyin.

Dizüstü kompüterlərdəki etiketi təmizləmək

Kompüterə saç quruducu aləti, ya ütü buxarı tutmaq ziyandır. Ən yaxşı yolu ekran təmizləyici solusion istifadə etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00