Uşaqların rəsm müsabiqəsi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, sərgidə uşaqların yağlı və sulu boyalarda çəkilmiş rəsm əsərlərindən, qrafika, heykəltəraşlıq nümunələrindən, bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalardan, ekibanolardan ibarət əsərlər nümayiş etdirilib. Uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00