"Milli-mənəvi dəyərlərimiz və radikalizmə baxış" mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Könüllü Gənclər" İctimai Birliyinin həyata keçirdiyi "Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu" layihəsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonunda növbəti maarifləndirmə seminarı həyata keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT-lərin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Xəzər rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasının və gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışıb. Daha sonra isə Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Eldəniz Salmanov söz alaraq radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınmasında gənclərin üzərinə düşən məsuliyyətdən bəhs etdi və qarşılıqlı mülahizələr aparılıb. Tədbirin sonunda gəncləri maraqlandıran suallar
cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər və qələmlər təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00