Cəbhə xəttində yaşayan uşaqlar da bayram sevinci yaşadı

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü cəbhəyanı rayonlarda da qeyd edilib. "OLAYLAR"-ın xəbərinə görə, Ağdam və Tərtərdə bu məqsədlə tədbirlər keçirilib.
Ağdamda uşaqlar Heydər Əliyev Mərkəzinə gətirilərək Ümummilli Liderin uşaqların işıqlı gələcəyi üçün gördüyü işlər haqqında onlara məlumat verilib.
Tərtər şəhərindəki Heydər parkında da Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib və bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir.
Bayram tədbirində uşaqlara şirniyat paylanmış, 4 nəfər uşağın valdeyininə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00