Binəqədidə Uşaqların Müdafiəsi Günü qeyd edilib
1 İyun 2016 15:25 SosialBinəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların
nağıl dünyası" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və "Dilbərim" rəqs qrupunun kollektivləri iştirak ediblər. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlər, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxunub və il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və "Dilbərim" rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edilib. Sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurulub. "Uşaqların nağıl dünyası" adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşıb.