“Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi” keçiriləcək
1 İyun 2016 14:03 SosialMədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin təşkilatçılığı "Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" adlı layihə həyata keçirilir. "OLAYLAR"-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə düşərgə təşkil olunacaq. İştirakçılar turizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin turizm potensialı, beynəlxalq turizm və s. istiqamətlər üzrə maarifləndiriləcək. Layihənin Göyçay şəhərində iyun ayı ərzində keçirilməsi planlaşdırılır. Layihədə iştirak edəcək 20 gənc üçün təşkil edilən təlimlərdə müxtəlif mövzular təqdim ediləcək.