Veysəloğlu şirkəti valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirdi
1 İyun 2016 14:02 Sosial1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günümünasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Ulduz Şokolad Fabriki Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən"Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı tam orta İnternat Məktəbi"ndə bayram şənliyi təşkil edib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, fabrik rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Veysəloğlu Şirkətlər Qrupu və Ulduz şokolad fabriki hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr və gigiyenik vasitələr təqdim edib. Ümumilikdə 160 uşağın təhsil alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.