İmtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək
1 İyun 2016 13:58 SosialAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasına start verilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, UNEC-də imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması məqsədilə "İctimai Nəzarət Şurası" yaradılıb. UNEC-də təşkil olunan yay imtahan sessiyasının monitorinqini, qiymətləndirilməsi və nəzarət səlahiyyətlərini bu qurum həyata keçirəcək. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq, nəticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökümət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən operativ və şəffaf araşdırılaraq, qısa zamanda müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.