“Azərişıq” ASC-nin yığım “texnologiyası”

9,24 manat enerji borcu 207,12 manata necə çevrilib?

Əhalinin elektrik enerjisi ilə təminatı istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilsə də, lakin bir çox hallarda bu sahəyə cavabeh olan dövlət qurumlarının öz işinin öhdəsindən gələ bilməməsi ciddi problemlərin meydana çıxmasına səbəb olur. Ya elektrik xəttinin çəkilişi, ya sayğaclaşma prosesi, ya da istifadə edilmiş enerji haqqının düzgün hesablanmaması səbəbindən vətəndaşa ciddi problem yaradılır, Elə Bakı şəhəri, Abşeron rayonu Masazır Qəsəbə Rafiq Qədirovu da başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş Prokuror Zakir Qaralov, energetika naziri Natiq Əliyev, eləcə də kütləvi informasiya vasitələrinə müraciət etməyə vadar edən enerji təchizatı, istiadə etdiyi elektrik enerjisindən qat-qat artıq borcun hesablanmasıdır. 2015-ci ilin iyul ayından Abşeron rayonu Masazır qəsəbəsində olan mənzilinə öz hesabına elektrik xətti çəkdirdiyini deyən Rafiq Qədirov uzun süründürməçilikdən sonra həyat yoldaşı Müşfiqə Qədirovanın adina kod açıldığını diqqətə çatdırır. Müraciət müəllifi qeyd edir ki, bir müddət sonra isə qeyd olunan ünvana köçüb yaşamaq üçün "Azərişıq" Acıq Səhmdar Cəmiyyətinə müraciət edərək mənzilə elektrik sayğacının qoyulmasını xahiş edib: "Azərişıq ASC-nin də süründürməçiliyi cari ilin aprel ayına qədər davam etdi. Nəhayət, dəfələrlə müraciət etdikdən sonra 2016-ci ilin aprel ayında Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzilimə elektrik sayğacı qoyuldu". Rafiq Qədirov bildirib ki, Bakıda mənzili olmasına baxmayaraq hələ də Cəlilabad rayonunda yaşayır və yalnız ayda bir dəfə Bakıya gəldikdə Masazır qəsəbəsindəki evində gecələməli olur: "Mən ailəmlə birlikdə Cəlilabad rayonunda yaşayır, orada işləyirəm. Övladımın biri Cəlilabad rayonunda on birinci sinifdə oxuduğu üçün hələlik Bakıya köçə bilmirik. Qonşular da şahiddir ki, ayda cəmi bir dəfə Masazır qəsəbəsindəki evimə baş çəkirəm. Lakin bütün bunlara baxmayaraq Abşeron rayon elektrik şəbəkəsinin satış şöbəsi sayğacın üzərində cəmi 154 kv olduğu halda, bizim mənzil üçün 207.12 (iki yüz yeddi manat on iki qəpik) manat .borc göstərib. Başa düşə bilmirəm ki, mənim 9, 24 manat borcum olduğu halda, yerdə qalan 197.88 (bir yüz doxsan yeddi manat səkksən səkkiz qəpik) manat borc haradan meydana çıxıb?". Rafiq Qədirov Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətdə isə "Azərişıq" ASC-nin işçilərinin bu cür cinayət əməllərinə əl atdıqlarını diqqətə çatdıdır və bu əməli Korrupsiya Cinayəti adlandırır: "Onlar vətəndaşları bu cür aldatmaqla, qeyri-qanuni hərəkətləri ilə xalqı dövlətə və onun rəhbərinə qarşı qoymaq istəyirlər. Amma, belə cinayətkarların nə etməsindən asılı olmayaraq zalq həmişə Prezidentlə birlikdədir, Onun siyasətini dəstəkləyir: "Cənab Prezident. Sizdən çox xahiş edirəm ki, həyat yoldaşım Müşfiqə Qədirovanın adına qeyri-qanuni yazılmış 197.88 (bir yüz doxsan yeddi manat səkksən səkkiz qəpik) manat borcun araşdırılaraq onu bizim adımıza yazan işçinin cəzalandırılmasına və həmin borcu bizim adımızdan silinməsinə köməklik göstərəsiniz".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00