Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib
1 İyun 2016 12:45 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-in Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında - iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00