İki küçədə hərəkət məhdudlaşdırılır
31 May 2016 17:43 SosialBakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir. "Azəravtoyol" ASC-dən "OLAYLAR"-a bildirilib ki, bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00