“Günəşli” yatağındakı 168 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

"Günəşli" yatağındakı 11 nömrəli dərin dəniz özülündə 168 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, sutkalıq 55 ton neft və 23 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.  Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00