Suraxanıda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilib

"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları "1 iyun-Uşaqların Beynəlxalq  Müdafiəsi Günü" münasibəti ilə təbrik edib və bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir.  Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. İlqar Abbasov xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00