Millət vəkili: “Orta məktəbdə ilanlar mələşir”

Millət vəkili Tahir Kərimli parlamentdə çıxışı zamanı deputat seçildiyi Ağsu-İsmayıllı bölgəsində orta məktəblərin vəziyyətindən şikayətlənib. "Olaylar" xəbər verir ki, millət vəkili çıxışında qeyd edib ki, kəndlərdə elə məktəblər var ki bu günə qədər də təmir olunmayıb: "Tam bərbad vəziyyətdədirlər. Bu illər ərzində cəmi bir dənə təzə məktəb tikilib. Hətta İsmayıllının bir kəndində orta məktəb binasında ilanlar mələşir. Məktəb deyil, sanki tövlədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00