“Gənclik və qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Bakıda keçirilən "Gənclik və qlobal çağırışlar" adlı beynəlxalq konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransa İYDU (İnternational Young Democrat Union), İCAPP (İnternational Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of Europe) təşkilatlarının üzvləri qatılıblar. Konfransda çıxış edən YAP GB-nin sədri Seymur Orucov gənclərin qlobal çağırışlara daha aktiv cavab verməsinin vacibliyini diqqətə çatdırıb, erməni terrorizmi, nüvə təhlükəsizliyi, qlobal istiləşmə, irqçilik, humanitar fəlakət mövzularında ətraflı məlumat verib. Bildirilib ki, regionda yerləşən Ermənistan daim azərbaycanlılara qarşı mənəvi və silahlı terrorlar törədib, insanları kütləvi şəkildə qırıb. Bəşər tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı soyqırımı ermənilərin iç üçünü nümayiş etdirir. Soyqırım zamanı bir gecədə 613 nəfər nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər isə itkin düşüb. Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan rayonlarının işğalı nəticəsində 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamağa məcburdur. Bunlardan başqa ayrı-ayrı vaxtlarda Ermənistan dövlətinin maliyyələşdirdiyi ASALA terror təşkilatı tərəfindən Azərbaycanın digər ərazilərində qanlı terror aktları, o cümlədən Bakı metrosunda partlayışlar törədilib. İşğal olunmuş Azərbaycan ərazilərindəki bütün maddi-mədəniyyət nümunələri dağıdılıb və yandırılıb. Ümumilikdə, son 20 ildə Ermənistanın Azərbaycana vurduğu ziyanın miqdarı 300 milyard dollardan çoxdur. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələrin (822, 853, 874, 884) heç biri icra edilməyib.
YEPP vitse-prezidenti Ricardo Pozzi, İYDU-nun sədri Bachir Wardini, DEMYC-nin sədri Javier Hurtado və başqaları çıxış edərək beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə ölkəmizə minnətdarlıqlarını bildirib, mövzunun əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir dövrdə gənclik qlobal çağırışlara hazır olmalı, onlara adekvat cavab verməli və yeni trendləri yaratmalıdırlar. Sülh, əmin-amanlıq, sabitlik, inkişaf bu trendlərin əsas qayəsini təşkil etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00