Bakı Ali Neft Məktəbində beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində "Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və BANM-in rektoru Elmar Qasımov çıxış ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirin BANM-də təşkil olunmasından məmnun olduğunu bildirib və beynəlxalq konfransın əhəmiyyətindən söz açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00