Həkimləri dinləməyən valideynlər

Uşaqlarını ürək xəstəsi etdilər

Uşaqlarınızı duzdan uzaq tutun. Böyük Britaniyalı tibb işçiləri apardıqları araşdırmalar nəticəsində bu cür qənaətə gəliblər. Tibb işçiləri uşaqların gün ərzində bir çay qaşığından da az duz qəbul etmələrini məsləhət görsələr də, araşdırmalar zamanı bunun tam əksi sübut olunub. 500 uşaq üzərində aparılan araşdırma nəticəsində uşaqların 70%-nin normadan çox duz qəbul etdiyi məlum olub. Onların sözlərinə görə, duzun artıq dərəcədə qəbul olunması gənc yaşda yüksək qan təzyiqi yaradır və bu yüksək qan təzyiqi də ürək xəstəliyi eləcə də infarkta səbəb ola bilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00