Yemişan ilə ürək ağrılarına son - Başqa faydaları da var

Yemişan - ağac bitkisidir. Qara və qırmızı rəngli meyvələri olur. Qırmızı meyvələri təzyiqi qaldırır, qara meyvələri isə təzyiqi aşağı salır. Çiçəkləri və yarpaqları ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Çox böyük faydaları vardır.

Yemişan meyvələrini ağ kağız üzərində nazik sərib tez - tez çevirməklə qurutmaq lazımdır. Belə şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir. Qurumuş meyvələri xüsusi torbalara doldurub havası daim dəyişilən quru havalı binalarda saxlayırlar.

Yemişanın meyvəsindən və çiçəklərindən çox qədim vaxtdan xalq təbabətində bir sıra xəstəliklərə qarşı istifadə edilir. Onun qurudulmuş çiçəklərindən və meyvələrindən çay kimi dəmləyib, ürək ağrıları zamanı və qan təzyiqi yüksək olanda içirlər.

Yemişan meyvələrinin tərkibində bir sıra faydalı maddələr [xolin birləşmələri, saponinlər, flavonoidlər, vitaminlər, üzvi turşular, şəkərlər və s.] vardır.

Kənd təsərrüfatında yemişanın əhəmiyyəti daha mühümdür. Bolqarıstan alimi Pyotr Nikolovun məlumatına əsasən sağılan mal - qaranın yeminə yemişan meyvələri əlavə etdikdə onların südü xeyli artır və süddə yağın miqdarı çoxalır.

Yemişanın respublikamızda həddən artıq böyük ehtiyyatını, eləcə də kənd təsərrüfatında, tibbdə və yeyinti sənayesində çox mühüm əhəmiyyətini nəzərə alaraq həmin bitkinin meyvələrinin planlaşdırılmış şəkildə tədarükünü təşkil etmək olduqca vacib məsələlərdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00