Açıq səma altında möhtəşəm bayram konserti olacaq

İyunun 1-də  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar açıq səmada, fərqli təqdimatda bayram konserti  keçirəcək.   Bakı şəhərinin incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi,  İdarənin nəzdindəki uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim ediləcək. Bayram konserti Nizami Kino Mərkəzinin arxasında yerləşən görkəmli bəstəkar Qara Qarayevin heykəli önündə  saat 14:00-da başlanacaq.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını  konsert proqramını izləməyə dəvət edirik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00