28 may Respublika gününə həsr olunmuş konsert olacaq
25 May 2016 14:59 SosialBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbi mayın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 may Respublika gününə həsr olunmuş konsert keçirəcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə baş dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyilə baş tutacaq. Konsertdə məktəbin şagirdlərinin ifasında Niyazi, H.Rzayev, V.Adıgözəlov, M.Maqomayev, F.Doppler, F.Kreysler, F.Mendelson, A.Prior kimi bir çox Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00