Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək
25 May 2016 14:57 SosialMayın 26-da Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə seçkili orqanlara seçkilərin keçirilməsi, eyni zamanda 2012-2015-ci illər üçün hesabatların verilməsi nəzərdə tutulur. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları və bir sıra rəsmilərin iştirakı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00