Goranboyda sərnişin mikroavtobusu qəzaya düşdü: yaralılar var
25 May 2016 14:38 SosialGoranboy rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. Report bildirir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 340-cı kilometrliyində qeydə alınıb. Belə ki, Aqil Qəzməliyev idarə etdiyi "Ford" markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı sürücü və mikroavtobusda olan iki nəfər sərnişin xəsarət alıb.
Qeyd edək ki, sərnişin mikroavtobusuna çiyələk və gilas yüklənərək Bakıya satış məqsədi üçün gətirilirmiş. Hadisəyə səbəb mikroavtobusun arxa təkərinin partlaması olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00