Sabir Ələsgərlinin səhhəti yenidən pisləşib

Xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində yenidən problemlər yaranıb. Bu barədə Modern.az-a açıqlama verən diktor bildirib ki, artıq uzun müddətdir ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında yatır. "Hazırda xəstəxanadayam, müalicəm davam edir. Sabah və ya biri gün çıxacam. Amma 2-3 aydan sonra yenidən əməliyyat olunmalıyam. Bir neçə ay əvvəl böyrəklərimdəki daşla əalqədar əməliyyat olunmuşdum, "şlanklar" qoyulub. Onlar hələ çıxarılmayıb". Klinikanın Urologiya şöbəsində  yatan S.Ələsgərli həkiminin Fikrət Əhmədov olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00