Gənc müəllimlər arasında bilik yarışması keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "28 May - Respublika günü"nə həsr olunmuş Xəzər rayonunun tam orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışması keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasında I yeri - 149 nömrəli tam orta məktəb, II yeri - 136 nömrəli tam orta məktəb, III yeri isə 206 nömrəli tam orta məktəbin komandası tutub. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00