6 nəfərin deputatlığa namizədliyi qeydə alındı

90 saylı Ağdaş Seçki Dairəsindən deputat seçilmək üçün təkrar seçkilərə qatılanlardan 6 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. O bildirib ki, bu saatadək 14 nəfərin seçkilərdə namizədliyini irəli sürülməsi təsdiq olunub: "14 nəfər imza vərəqlərini alsa da, onlrdan 11 nəfər- bu vərəqələri imzaladaraq DSX-ya təqdim edib. Onlardan isə YAP-ın Ağdaş rayon təşkilat sədri Cavid Osmanovun, Ümid partiyasının sədri İqbal Ağazadənin, bitərəflər- Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayevin namizədliyi qeydə alınıb. Yəni cəmi altı nəfərin". Qeyd edək ki, prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00