Sabir Rüstəmxanlının 70 illik yubiley tədbiri keçiriləcək
24 May 2016 16:09 SosialMayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bir çox elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00