Mərdəkanda mərkəzi yol təmir olunur

Vətəndaşların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu çərçivədə Xəzər rayonunun Mərdəkan şossesinin bir hissəsinin və Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsinin də müəyyən hissəsinin təmiri işlərinə start verilib.Təmir-tikinti işləri Mərdəkan şossesinin Şağan qəsəbəsinə gedən yolla kəsişməsindən Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsi ilə kəsişməsinədək olan 600 metrlik hissəsində və Sergey Yesenin küçəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməsinədək olan 1400 metrlik hissəsində aparılır. Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00