SOCAR prezidenti 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransında iştirak edib
24 May 2016 15:50 SosialSOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə keçirilən 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransında iştirak edib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, sərgi-konfransın təntənəli açılış mərasimində Özbəkistan Baş nazirinin müavini Qulamcon İbragimov, Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "Uzbekneftegaz" Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Uzbekneftegaz" Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Sərgidə SOCAR pavilyonu stendlərin "Ən innovativ dizayn" nominasiyası müsabiqəsində 1-ci yerlə mükafatlandırılıb, "20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransın keçirilməsində yüksək professionallıq və aktiv iştirakına görə sertifuikat"la təltif edilib.