Daha 2 yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
24 May 2016 15:49 SosialMayın 24-də Şəki və Zərdab rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 214 abonentl olan Şəkinin Köndələn kəndinin qazlaşdırılması məqsədlə birpilləli sistem əsasında 18080 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 253 abonenti olan Zərdabın Körpükənd kəndinin qazlaşdırılması zamanı ümumi uzunluğu 26 kilometrdən artıq polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00