"Region gənclərinin Gəncə forumu" adlı layihəyə start verilib
24 May 2016 15:39 Sosial"Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin təşkilatçığı Azərbaycan Republikası Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə "Region gənclərinin Gəncə forumu" adlı layihənin icrasına start verilib. 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində keçiriləcək forumun əsas məqsədi gənclər və tələbələr arasında bilik mübadiləsinin aparılması, region gənclərinin fəallığı, düzgün qərar qəbul etmə keyfiyyətlərinin artırılması və onlarının şəbəkələşmə prosesinə təkan verilməsi, təşəbbüskarlıqlarının artırılmasına kömək etməkdən ibarətdir.
Layihə çərçivəsində gənclərə "ictimai sektor nədir?", "gəncin cəmiyyətin inkişafında rolu?", "təşkilatlanma", "aktiv gənclərin qeyri-hökumət təşkilatlarına cəlb olunması" mövzular ətrafında müzakirələr aparılacaqdır. Layihə müddətində Gənclərin Gəncə şəhərində ekskursiyası da nəzərdə tutulmuşdur.
"Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin layihə çərçivəsində Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə şəhəri Gənclər və idman baş idarəsi ilə əməkdaşlıq planlaşdırılır.
Layihə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı 24.02.2016-cı il tarixli Gəncə şəhərinin "2016-cı il Avropa Gənclər Paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərancamında, "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" ümumi tədbirlər planında və "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nda nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.
Qeyd edək ki, "Sağlam Gəncliyə Doğru" İctimai Birliyi 2006-cı ildə bir qrup gənc tərəfindən təsis olunub.təşkilatın əsas məqsədi gənclər arasında maarifləndirmə işini düzgün apararaq onların ictimai fəaliyyətlərinə dəstək vermək, müasir ekoloji problemlərin həllində yaxından iştirak etməkdən ibarətdir.Təşkilat yarandığı gündən gənclərlə aktiv fəaliyyətə başlamışıdır. Qrup şəklində Avropanın müxtəlif qrant proqramlarına qoşulmuşdur. 2011-ci ilin avqust ayında rəsmi dövlət qeydiyyatına alınmışdır Bundan sonra fəaliyyətini genişləndirmiş və müxtəlif yerli və xarici proqramlara qoşulmuşdur.