“Gənc fiziklər” AzTU-da

Azərbaycan Texniki Universitetində (AzTU) "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"nin final mərhələsi keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, finalda 7 məktəbin komandası iştirak edib. I, II, III yerlərə layiq görülən qaliblərə Universitetin xüsusi diplomları təqdim edilib. AzTU-nun Tədris işləri üzrə prorektoru Xalıq Yahudovgənc fizikləri uğurlarına görə təbrik edib və bildirib ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən aslıdır. Bakı Şəhər məktəbliləri arasında keçirilən müsabiqədəkomandaların hazırlanmasında yüksək fəallıq göstərdiyinə görə qalib məktəblilərin fizika müəllimləri də mükafatlandırılıb. Həmin müəllimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhər üzrə Təhsil İdarəsinin diplomları təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00