Türkdilli Dövlətlərin Türk Şurasının 3-cü görüşü keçiriləcək

Mayın 25-26-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov Astana şəhərinə (Qazaxıstan) səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, SAM-ın direktoru Fərhad Məmmədov səfərin ilk günü Türkdilli Dövlətlərin Türk Şurasının 3-cü görüşündə iştirak və çıxış edəcək. Tədbirdə həmçinin Türkiyə və Qırğızıstanın Strateji Araşdırma Mərkəzlərinin direktorları, Türk Şurası və dövlət qurumlarının rəhbərləri, ekspertlərin iştirakı planlaşdırılır. Səfərin ikinci günü Fərhad Məmmədovun 9-cu Astana İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00