Metro stansiyalarında narkomaniya əleyhinə sosial roliklər nümayiş ediləcək
24 May 2016 13:40 SosialNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir", "Gələcəyimizi birlikdə düşünək narkomaniya yox deyək", "Narkomaniya tənhalıq, ağrı, fiziki və ruhi tənəzzül deməkdir", "Narkotiklərin hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin" şüarları əks olunan sosial lövhələr metro stansiyalarında quraşdırılıb. "OLAYLAR"-ın Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, sosial roliklərin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Memar Əcəmi", "Koroğlu", "Gənclik", "Nəriman Nərimanov", "Sahil", "20 Yanvar", "Nəsimi", "İnşaatçılar", "Qara Qarayev" və "Xalqlar Dostluğu" stansiyalarında uzun müddətli nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, sosial roliklərin hazırlanmasında məqsəd narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.