20 dövlət xəstəxanası mərkəzləşdirilmiş informasiya sisteminə qoşulub

Azərbaycanda xəstəxana və digər tibb mərkəzlərinin mərkəzləşdirilmiş informasiya sisteminə qoşulması prosesi davam edir. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında bu gün keçirilən Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu proses tibb müəssisələrinin işinin səmərəli qurulmasına yardım edib: "Artıq Azərbaycanda 20 dövlət xəstəxanası bu sistemə qoşulub. Bundan başqa, Azərbaycan Tibb Universitetinin tədris-cərrahiyyə korpusu, universitetin digər klinikaları da həmin sistemə qoşulub".

E.Ağayev deyib ki, artıq Azərbaycanda təcili-tibbi yardım stansiyaları da bu sistemlə işləyir. Bu da təcili yardımların çağırış yerinə tez getməsinə, vaxtında yardım etməsinə köməklik edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00