Azərbaycanda qan tədarükü 6 ildə 4 dəfə artıb

Azərbaycanda son 6 ildə qan tədarükü 4 dəfə artıb. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında bu gün keçirilən Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini deyib ki, 6 il əvvəl Azərbaycanda il ərzində 7,5 ton qan tədarük edilirdi: "İndi isə bu rəqəm 30 tondan artıqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00