IV Açıq Azərbaycan çempionatı keçiriləcək
24 May 2016 11:57 SosialMayın 27-də əlil arabası istifadəçiləri arasında IV Açıq Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsinin inkişaf, informasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru, "Əlil idmançılara Dəstək" ictimai birliyinin rəhbəri Kamal Məmmədovun "OLAYLAR"-a verdiyi xəbərə görə, "Meqafun" əyləncə mərkəzində Bouling idman növü üzrə yarış "Əlil İdmançılara Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə, Milli Paralimpiya Komitəsi və Azərbayraq şirkətinin təşkilatı dəstəyi ilə "Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə" layihəsi çərçivəsində baş tutacaq. Çempionatın 1 və 2-ci yerin qalibləri 26 iyun 2016-cı il tarixində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq yarışa vəsiqə qazanacaqlar. Beynəlxalq turnirdə Rusiya, Gürcüstan, Belarusiya, Ukrayna, Kazaxistan və Almaniya idmançıları iştirak edəcəklər.